Tramp İrandan onun həyatı üçün təhlükə olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp deyib ki, İran guya onun həyatını təhdid edir. Müvafiq nəşr siyasətçinin Truth sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu izləyir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək”, – Tramp yazıb.
O, “əvvəlkilərdən daha çox insan və silahla əhatə olunduğunu” qeyd edib. Respublikaçı həmçinin ABŞ Konqresinə onun müdafiəsi üçün Məxfi Xidmətə əlavə vəsait ayırdığına görə minnətdarlığını bildirib.
Sentyabrın 15-də Donald Trampın Florida ştatındakı qolf klubunda Ağ Evin keçmiş rəhbəri kursda oynayan zaman atışma baş verib. Hadisə nəticəsində Trampın özü xəsarət almayıb. FTB hadisəni prezidentliyə namizədə qarşı sui-qəsd cəhdi kimi araşdırır. Şübhəli şəxs saxlanılıb. Amerika mediası xəbər verir ki, bu, demokratları və Ukraynanı dəstəkləyən Havaydan olan 58 yaşlı Rayan Uesli Routdur.
Bu hadisə Pensilvaniyada Trampa sui-qəsddən iki ay sonra baş verib. İlk cəhd iyulun 13-də seçicilər qarşısında çıxışı zamanı baş verib. Ağ Evin keçmiş rəhbərinə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülərək xəstəxanaya yerləşdirilib. Trampa atəş açan şəxs məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur.
Şayəstə Hüseynova