image-29backend

Tramp İran prezidenti ilə görüşü mümkün hesab edib

Amerika administrasiyasının rəhbəri Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşü mümkün hesab edib.

Elchi.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

İrana qarşı maksimum təzyiqin bərpası ilə bağlı fərmanın imzalanmasından sonra Tramp “bundan tez-tez istifadə etmək məcburiyyətində qalmayacağına” ümid etdiyini bildirib.

“Gəlin görək, İranla razılığa gələ bilərikmi, yoxsa müqavilə imzalaya bilərikmi”, – ABŞ prezidenti deyib. Mümkün razılaşmanın təfərrüatları ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Tramp vurğulayıb ki, “İranın nüvə silahına malik olmasına icazə verilə bilməz”. “Biz İrana və ya başqasına qarşı sərt mövqe nümayiş etdirmək istəmirik, lakin onların nüvə silahı ola bilməz”, – ABŞ prezidenti bildirib.

Trampa həmçinin sual verilib ki, ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd cəhdi İranı hansı nəticələrlə təhdid edə bilər. “Əgər bunu etsələr, məhv olacaqlar, axırı belə olacaq. Mən göstərişlər buraxmışam və bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, – ABŞ prezidenti bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki