ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakim “Juan Mercandan Tramp Organisation” tərəfindən keçmiş porno aktrisa Stormi Danielsə ödədiyi maliyyə fırıldaqları işi üzrə yanvarın 10-da çıxarılacaq hökmün təxirə salınmasını istəyib.
Elchi.az bu barədə “Associated Press”-ə (AP) istinadən xəbər verir.
Mətbuatın yazdığına görə, Trampın vəkilləri hökmün etibarsız sayılması və işə xitam verilməsi barədə vəsatətlərini rədd edən hakimin son qərarından apellyasiya şikayəti vermək niyyətindədir. Müdafiə tərəfi iddia edir ki, apellyasiya şikayətinin verilməsi avtomatik olaraq sonrakı prosesləri dayandırmalıdır, lakin rədd edilərsə, hakim hökmü təxirə salmalıdır.
Nyu York məhkəməsi Tramp Təşkilatının maliyyə hesabatlarının saxtalaşdırılması işi üzrə Trampın hökmünü yanvarın 10-na təyin edib. Bu, Respublika Partiyasının yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış baş verəcək. Yeni seçilmiş prezidentin məhkəməyə “şəxsən və ya virtual” gəlməsi əmri verilib.
2024-cü il may ayının sonunda Tramp maliyyə fırıldaqçılığının bütün 34 maddəsi üzrə təqsirli bilinib. Keçən ilin noyabrında hakim Juan Mercan iş üzrə hökmün təxirə salınmasına razılıq verdikdən sonra o, ABŞ tarixində münsiflər heyəti tərəfindən cinayətdə təqsirli bilinən ilk keçmiş prezident oldu.
Yeganə