image-toral-bayramovbackend

Toralın qolu Avroliqada ən yaxşı seçildi

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.

Elchi.az Qol.az-a istinadla xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo Qlimt”in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki