image-8d9774ce-d04f-3c03-8995-fc3575c642c2_850backend

Türkiyə Kuboku: 1/4 finalda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gələcək

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Elchi.az xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən “Fənərbağça” “Qalatasaray”la üz-üzə gələcək.

“Beşiktaş” “Göztəpə” ilə, “Konyaspor” “İskəndərunspor”la, “Trabzonspor” isə “Bodrumspor”la münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Qarşılaşmalar adları birinci göstərilən komandaların (səpələnmişlərin) meydanında reallaşacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki