image-99f6c547-4ee5-35b7-a7b5-6079d9c053d9_850backend

Suraxanıda 60 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Elchi.az -ın   məlumatına görə, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Həmidova Sevil Amanşah qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki