Çin özünün Long March-2D daşıyıcı raketi ilə kosmosa iki yeni peyk buraxıb.
Elchi.az xəbər verir ki, Dördölçülü məsafədən zondlama peyki “Gaojing-3 02” və “Tianyan-23” peykini daşıyan raket bu gün saat 12.11-də Ciuquan Peyk Atış Mərkəzindən buraxılıb. Bildirilib ki, peyklər müəyyən edilmiş orbitlərinə yerləşiblər. Bildirilib ki, buraxılış “Uzun Yürüş” raket seriyasının 564-cü uçuş missiyası olub.
Şayəstə Hüseynova