Medvedev Kurskla bağlı açıqlama verib.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında prezident Vladimir Putinin Kursk vilayətindəki Ukrayna hərbçilərinin silahı yerə qoyacağı təqdirdə onlara həyat və layiqli rəftarla təminat veriləcəyi barədə bəyanatını şərh edib.
“Bu, bizim ölkənin çox humanist yanaşmasıdır”, – Medvedev qeyd edib .
Eyni zamanda o, xəbərdarlıq edib ki, bu təklif rədd edilərsə, bütün Ukrayna hərbçiləri “ardıcıl və amansızcasına məhv ediləcək”.
Medvedev vurğulayıb ki, Kiyev rəhbərliyinin hələ də öz xalqını xilas etmək şansı var.
“Növbəti bir neçə saat onların nə seçdiyini göstərəcək”, – Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini yekunlaşdırıb .
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Vladimir Putindən Kursk vilayətində mühasirəyə alınan ukraynalı əsgərlərin həyatını xilas etməyi xahiş etmişdi.
Nuranə Məmmədova