image-b48f0a4d-00a7-3362-952a-34f38ca7e859_850backend

Azərbaycanlı futbolçuların çıxış etdiyi Polşa klubu növbəti qələbəsini qazanıb

Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” klubu Polşa çempionatında növbəti qələbəsini qazanıb.

Elchi.az -ın məlumatına görə, XXV turda “Lexiya”ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib.

Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, R.Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Onun komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki