Əldə olunan razılaşmalar Ermənistanla Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X sosial şəbəkəsində Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları şərh edərkən yazıb.
“Bu, çox gözəl xəbərdir. Mən üç il ərzində NATO-nun regiondakı xüsusi nümayəndəsi kimi Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirəm. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşmasına zəmin yaradacaq bu böyük nailiyyət münasibətilə tərəfləri təbrik edirəm”, – o vurğulayıb.