image-377fa103-1b9c-304c-8d6c-cf813af24fcd_850-1backend

G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Kanadada keçirilən görüşdə Ukrayna ilə atəşkəs əldə etməkdən imtina edəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Elchi.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə G7-nin martın 14-də dərc olunmuş bəyanatında deyilir.

“Biz həmçinin Rusiyanı atəşkəsə və onun tam şəkildə yerinə yetirilməsinə razılıq verməyə çağırdıq. Atəşkəs olmadığı təqdirdə Rusiyaya qarşı əlavə tədbirlərin tətbiqi variantını müzakirə etdik. O cümlədən gələcək sanksiyaları, neft qiymətlərində “tavan”ı, eləcə də Ukraynaya əlavə dəstək və digər tədbirləri müzakirə etdik”, – bəyanatda göstərilir.

Nazirlər həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsini də müzakirə ediblər.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki