ABŞ və Ukrayna nadir torpaq metalları üzrə saziş üzrə danışıqları başa çatdırıb.
Elchi.az “İnterfaks Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri Olqa Stefanişina bildirib.
Onun sözlərinə görə, saziş tam hazırdır və mətndə bundan sonra heç bir dəyişiklik olmayacaq.
“Danışıqlar qapalıdır. Ukrayna istənilən vaxt imzalamağa hazırdır. İmzalanma tarixini gözləyirik”, – Stefanişina əlavə edib.
O, aydınlaşdırıb ki, ABŞ bu mərhələdə müqaviləni nə vaxt və hansı şərtlərlə imzalamaq istədiyinə hələ qərar verməyib.
Xatırladaq ki, saziş fevralın 28-də Vladimir Zelenskinin Ağ Evə səfəri zamanı imzalanmalı idi. Lakin onunla ABŞ prezidenti Donald Tramp arasında yaranan mübahisə sövdələşməni pozub. Xüsusilə, Amerika lideri Zelenskini “ABŞ-a hörmətsizlikdə” günahlandırıb və ondan getməsini tələb edib.
Nuranə Məmmədova