Dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyan “SpaceX”in Dragon kosmik gəmisi Falcon-9 raketi ilə uğurla buraxılıb. 4 ad 9 aydır kosmosda qapalı qalan NASA astronavtları Suni Williams və Butch Wilmore-u əvəz edəcək.
Elchi.az xəbər verir ki, Milyarder iş adamı İlon Maska məxsus kosmik nəqliyyat şirkəti “SpaceX” , Crew-10 missiyası çərçivəsində 4 astronavtı Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərib.
Astronavtlar Anne McClain, Nikole Ayers, Takuya Onishi və Kirill Peskovu orbitə daşıyan Dragon kosmik gəmisini daşıyan Falcon-9 raketi ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.
Nuranə Məmmədova