Belarus ilin sonuna qədər “Oreşnik” orta mənzilli ballistik raket kompleksinin istifadəsi üçün iki qurğu təqdim edəcək.
Elchi.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsində jurnalist Olqa Skabeyeva deyib.
“İlin sonuna kimi, mən hesab edirəm ki, biz iki qurğunu istifadəyə verməyə hazırıq”, – Belarus lideri bildirib.
Lukaşenko “Oreşnik”in yerləşdirilməsinin təfərrüatlarını açıqlayıb və bu qurğuların istehsalına onun nəzarət etdiyini vurğulayıb. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə birlikdə komplekslərin dəqiq yerini müəyyənləşdirmək planlarını açıqlayıb. Eyni zamanda siyasətçi tələsməyə ehtiyac olmadığını diqqətə çatdırıb.
Nuranə Məmmədova