image-e233c3fe-814c-38c6-a598-9d6a8e67596b_850backend

Mirzoyan: Sülh sazişinin mətnində Ermənistan və Azərbaycanın əraziləri göstərilməyib

Sülh sazişinin mətnində Ermənistan və Azərbaycanın ərazilərinin sahələri göstərilməyib.

Elchi.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

O qeyd edir ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı bənd qeyd olunub.

“Tərəflər sülh sazişinin mətnində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıyırlar, lakin kvadrat kilometrdən bəhs edilmir”, – o bildirib.

A.Mirzoyan hesab edir ki, çağırışlar mövcuddur, lakin bu riskləri idarə etməyin yeganə metodu danışıqlar və sülh qurulmasıdır. Bu baxımdan o əmindir ki, sülh sazişi tamamilə Ermənistanın maraqlarına uyğundur.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki