image-download-41backend

Boliviyada yanacaq böhranı

Cənubi Amerikanın Boliviya ölkəsində bir çox insan resursların çatışmazlığı səbəbindən hökumətin yanacaq təmin etməməsinə etiraz edib.
Elchi.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, ölkənin ən böyük şəhəri olan və iqtisadiyyatın lokomotivi hesab edilən Santa Kruzda şəhər meydanına yürüş edən vətəndaşlar hökumətin qaynaq tapa bilmədiyi üçün yanacaq idxal edə bilməməsinə etiraz ediblər.
Əllərində boş qazan-qap, şüarlar səsləndirən etirazçılar hökumətdən məsələnin “təcili” həllini tələb ediblər.
“Ailələrimiz qazanına qoymağa heç nə tapa bilmir”
İspaniyanın EFE xəbər agentliyinə Santa Cruz Qonşuluq Şuraları Federasiyasının prezidenti Ömər Rivera deyib: “Santa Kruz və Boliviya ağrı və narahatlıqla dolu günlərdir. Ailələrimizin qazanlarına qoymağa heç nə yoxdur. Hökumət bir həll tapmasa, etirazlar və yürüşlərin zorakılığı artacaq”.
Boliviya Prezidenti Luis Arce bir gün əvvəl verdiyi açıqlamada yanacaq idxalı üçün lazım olan xarici valyutanın olmaması səbəbindən tədarük probleminin olduğunu etiraf etdi.
Fasiləsiz iş saatları, uzaqdan iş və virtual dərslər kimi bəzi tədbirləri yanacaq çatışmazlığına müvəqqəti həll yolu kimi açıqlayan Arce, hökumətin qanunverici orqandan son aylarda 1,6 milyard dollardan çox xarici kreditin təsdiqlənməsini tələb etdiyini bildirdi.
Hökumət bu yaxınlarda dövlət neft şirkəti YPFB-yə yanacaq idxalı üçün dollar və virtual aktivlər almağa icazə verdi.
Ölkənin valyuta kəsiri problemi 2023-cü ildən bəri davam edir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki