HƏMAS bəyan edib ki, Qəzza zolağında yeni atəşkəs təklifləri müqaviləni pozmaq məqsədi daşıyır.
Elchi.az xəbər verir ki, İsrail mətbuatının ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoffun Qətərin paytaxtı Dohada Qəzzada davam edən atəşkəs danışıqları çərçivəsində yeni təklif təqdim etdiyini iddia etməsindən sonra HƏMAS məsələ ilə bağlı açıqlama verib.
HƏMAS sözçüsü Hazim Kasım Teleqramda verdiyi açıqlamada Qəzza zolağında yeni atəşkəs təkliflərinin razılaşmanı pozmaq məqsədi daşıdığını və vasitəçilərlə danışıqların Dohada davam etdiyini bildirib.
“Biz müharibəyə qayıtmamağı, bütün Qəzzə zolağından çəkilməyi, Qəzzadan çəkilməyi və Filadelfi dəhlizindən çəkilməyə başlamağı vəd edən sazişin şərtlərini yerinə yetirməyə və ikinci mərhələnin həyata keçirilməsinə keçməyə sadiqik”, – deyə Kasım qeyd edib.
İsrailin atəşkəs razılaşmasının humanitar protokolunu yerinə yetirmədiyini vurğulayan Kasım deyib:
“Biz yenidən müharibəyə qayıtmaq istəmirik və işğal (İsrail) yenidən hücumlara başlayarsa, xalqımızı müdafiə etməkdən başqa çarəmiz olmayacaq”.
İsrail mətbuatı Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Witkoffun Qətərin paytaxtı Dohada Qəzzada davam edən atəşkəs danışıqları çərçivəsində yeni təklif təqdim etdiyini iddia edib.
Yeganə