Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi terror təşkilatı PKK-nın AB məhkəmələrinin əvvəlki illərdə qəbul etdiyi və ona qarşı məhdudlaşdırıcı tədbirləri ehtiva edən qərarlarına qarşı şikayətini rədd edib.
Elchi.az xəbər verir ki, Aİ-nin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsi 2015-2017-ci illər və 2019, 2021 və 2022-ci illərdə PKK-ya qarşı çıxarılmış qərarlarla bağlı 27 yanvar 2023-cü ildə verdiyi şikayəti rədd edib.
Belə ki, Ali Məhkəmə terror təşkilatı ilə bağlı daha əvvəl çıxarılan qərarları təsdiqləyib.
PKK 2002-ci ildən Aİ-nin terror təşkilatları siyahısındadır. Bu çərçivədə Aİ terror təşkilatı PKK-ya maliyyə aktivlərinin dondurulması, maliyyə qaynaqlarının verilməsini qadağan etmək kimi sanksiyalar tətbiq edir.
Təşkilat 30 noyabr 2022-ci ildə terror təşkilatları siyahısından çıxarılması və bununla əlaqədar maliyyə resurslarının dondurulması kimi tədbirlərə qarşı Aİ Baş Məhkəməsinə müraciət etsə də, heç bir nəticə əldə etməyib.
Şayəstə Hüseynova