image-scale_1200backend

Süni intellektlə müharibə olacaq? ABŞ DeepSeek-i bloklaya bilər!

Çinin süni intellekt proqramı DeepSeek ABŞ bazarını pozaraq ən çox yüklənən proqrama çevrilib. Daha az çip istifadə edən və pulsuz olan proqramla Pekinin kəşfiyyat fəaliyyəti həyata keçirə biləcəyi də iddia edilir. “Haber Global”ə danışan çinli politoloq professor Honq Youşenin fikrincə, ABŞ qlobal ticarət qanunlarından yan keçə və proqramı əngəlləyə bilər.
Elchi.az xəbər verir ki, Çində yerləşən DeepSeek süni intellekt proqramı texnologiya sahəsində qlobal tarazlığı pozub. ABŞ-da ChatGPT-ni geridə qoyaraq ən çox yüklənən proqrama çevrilən və Amerika birjasında 1,5 trilyon dolların buxarlanmasına səbəb olan Çinin süni intellekt proqramı sürəti, daha az çip istifadəsi və əksər xüsusiyyətlərin pulsuz olması ilə diqqət çəkir. ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsü böyük itkilər və birjalardakı satış təzyiqindən sonra “ABŞ üçün oyanış zəngi” kimi qiymətləndirib. Süni intellektin bazara daxil olması ilə texnologiyanın oğurlandığı və ya casus proqram olduğu iddiaları gündəmə gətirilməyə başladı. Çinin beynəlxalq münasibətlər üzrə aparıcı ekspertlərindən biri, Nankin Universitetinin professoru Honq Youşen “Haber Global Web Özel”ə müzakirələri şərh edib. DeepSeek-in “insanların süni intellektin yüksək xərclərini şübhə altına aldığını” ifadə edən professor Youshen’in sözlərinə görə, o, “ABŞ-ın əvvəllər etdiyi kimi beynəlxalq ticarət qanunlarına zidd olaraq bu texnologiyaya qarşı tədbirlər görə biləcəyini” iddia etdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki