Alp.az xəbər verir ki, bunu Caliber.az-ın yaydığı son görüntülər də sübut edir.
Burada separatçıların rus “sülhməramlılarının” pərdəsi altında ekskavatorun köməyi ilə xəndəklər qazması əks olunur.
Görüntülərin bu gün Ağdam istiqamətində, günorta saatlarında qeydə alındığı bildirilib.
Ümid edirik ki, bu işlərin qarşısının alınması üçün lazımi tədbirlər vaxtında görüləcək.
“Sülhməramlılara” onların əsl vəzifələri, separatçılara isə onların aqibəti bir daha xatırladılacaq.