Rusiya Silahlı Qüvvələri yeni model avtomatlarla təhciz ediləcək. Alp.az Rusiya hərbi mediasına istinadən xəbər verir ki, ilk olaraq 2022-ci ilin aprelinə kimi Mərkəzi Hərbi Dairə qoşunlarına 10 minə yaxın AK-12 avtomatı təhvil veriləcək.
Qeyd edək ki, 2021-ci ildə Mərkəzi Hərbi Dairədə sülhməramlı bölmənin AK-12 ilə yenidən təchiz edilməsi başa çatıb. Mərkəzi Hərbi Dairədən bildirilir ki, AK-12 Novosibirsk vilayətində yerləşən xüsusi təyinatlılar briqadasına, Samara vilayətində isə xüsusi təyinatlı dəstəsinə çatdırılıb.
5,45 mm çaplı AK-12 avtomatı Kalaşnikov konserni tərəfindən hazırlanıb. AK-74M və AKM-nin əvvəlki versiyaları ilə müqayisədə o, erqonomikanı təkmilləşdirib. AK-12-də əlavə avadanlıqların quraşdırılması üçün bir neçə quraşdırıcı var.