image-photo_167154backend

“Qarabağ Azərbaycanındır” – Paşinyandan ETİRAF 

“Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb”.

Alp.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında müxalifətin Qarabağ nizamlanması üzrə danışıqların nəticəsiz qalması ilə bağlı ittihamlarına cavab verərkən deyib.

“Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil. Ermənistan Madrid prinsipləri deyilən danışıqlara razılıq verib. Siz Qarabağın Azərbaycanın tərkibində olmasını tanımısınız”,- deyən baş nazir müxalifətə müraciət edərək, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, çıxış zamanı Paşinyanla müxalifətçi deputatlar arasında mübahisə yaranıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki