Putin: Rusiya bütün məqsədlərinə çatacaq, çünki həqiqət onun tərəfindədir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya Federasiyası bütün məqsədlərinə nail ola biləcək, çünki həqiqət onun tərəfindədir. Kremlin saytında onun Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsi günü münasibətilə təbrikdə deyilir.
“Həqiqət bizim tərəfimizdədir! Bütün planlaşdırılan məqsədlərə nail olunacaq!” – dövlət başçısı deyib.
Putin həmçinin Rusiya Federasiyasının yeni regionlarının bərpasında iştirak edən bütün ruslara təşəkkürünü bildirib.
2022-ci il sentyabrın 30-da Rusiya prezidenti DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi haqqında sazişlər imzalayıb. Bu ərazilərdə referendumlar sentyabrın 23-dən 27-dək keçirilib.
Bu il sentyabrın əvvəlində Putin bəyan etdi ki, Rusiya Federasiyası Ukrayna ilə sülh danışıqlarından heç vaxt imtina etməyib, lakin onlar üçün ölkə ərazisinə daxil olan “quldurlarla” məşğul olmaq lazımdır. İyunun 14-də Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə dövlət başçısı bildirib ki, Rusiya-Ukrayna sülh danışıqlarına başlamaq üçün Kiyev öz qoşunlarını Rusiya Federasiyasının yeni vilayətlərinin ərazilərindən çıxarmalıdır.
Şayəstə Hüseynova