image-38backend

Putin BRİKS İnkişaf Bankının perspektivlərindən danışdı

Rusiya prezidenti Vladimir Putin BRİKS-in Yeni İnkişaf Bankını inkişaf edən və perspektivli maliyyə institutu adlandırıb.

Elchi.az xəbər verir ki, Putin BRİKS sammiti çərçivəsində bankın rəhbəri Dilma Rusef ilə görüş keçirib.

“Biz sizin ötən il ərzində gördüyünüz işləri yüksək qiymətləndiririk”, – deyə Putin bildirib.

O, həmçinin BRİKS Yeni İnkişaf Bankının assosiasiyaya üzv dövlətlərin rəhbərlərinin görüşündə fəal iştirakına ümid etdiyini bildirib. “2018-ci ildən indiyədək hesab edirəm ki, ümumilikdə 33 milyard dollar dəyərində 100 layihə maliyyələşdirilib”, – deyə Rusiya lideri vurğulayıb.

Yeni İnkişaf Bankı BRİKS-ə üzv ölkələrin təşəbbüsü ilə yaradılmış beynəlxalq hökumətlərarası təşkilatdır. Rusiya prezidenti qeyd edib ki, Yeni İnkişaf Bankı Qərbin maliyyə mexanizmlərinə alternativdir. Oktyabrın 22-24-də Tatarıstanın paytaxtında BRİKS sammiti keçirilir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki