Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampı Avropa İttifaqı (Aİ) ölkələri ilə qarşıdurmadan və onların mallarına gömrük rüsumları tətbiq etməkdən çəkinməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yayımladığı videomüraciətdə bildirib.
“Bizim Avropa-Amerika birgə maraqlarımıza daha güclü ABŞ, daha güclü Avropa Birliyi və daha güclü NATO daxildir”, – deyə Tusk bildirib.
Tusk Trampı və ABŞ rəhbərliyini Avropa müttəfiqlərinə “tariflər tətbiq etməzdən əvvəl bunu düşünməyə” çağırıb. Siyasətçi əlavə edib ki, əməkdaşlıq həmişə qarşıdurmadan yaxşıdır.
Tramp daha əvvəl Avropa Birliyi və Kanadanı ABŞ-a iqtisadi zərər vurmaq üçün birləşməyə çalışacaqları təqdirdə idxal tariflərini sərtləşdirəcəkləri ilə hədələmişdi. Martın 27-də Tramp xaricdə yığılan bütün avtomobillərə 25 faizlik rüsum tətbiq edən sərəncam imzalayıb.
Yeganə