İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı hücumlarının əvəzini İsraili ödəyəcəyi ilə hədələyib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu X sosial media hesabında Yəməndəki hücumlarla bağlı açıqlamalar verib.
“Husilər bizə qarşı təcavüzlərinin ağır bədəlini ödəyirlər və bunu davam etdirəcəklər”, – Netanyahu bildirib.
Husilərə qarşı qətiyyətli addım atmağa davam edəcəklərini vurğulayan Netanyahu, “Onlar (husilər) İsrail və bütün bölgə üçün təhlükə yaradır və qlobal naviqasiya azadlığına zərər verirlər” deyib.
Yəməndə İranın dəstəklədiyi husilər ABŞ, Böyük Britaniya və İsrailin paytaxt Səna və Hudeydə əyalətini hava hücumları ilə hədəf aldığını, 1 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını açıqlayıb.
Hava hücumlarından sonra İsrail ordusu Səna yaxınlığındakı Hizyaz Elektrik Stansiyasının, həmçinin Hudeydə əyalətinin və Ras İsa limanının hədəf alındığını açıqlayıb.
Şayəstə Hüseynova