İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı İsrailin “öz gələcəyini təmin edəcəyini” və “bölgəyə sülh gətirəcəyini” iddia edərək, “Qəzzada işi bitirməli” olduğunu müdafiə etdi.
Elchi.az xəbər verir ki, Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında danışıb.
“Siz Ağ Evdə İsrailin ən böyük dostusunuz”, o, Trampa deyib. Trampı tərifləyən Netanyahu Qüdsü İsrailin paytaxtı kimi tanımasını, ABŞ səfirliyini Qüdsə köçürməsini və Trampın ilk prezidentlik dövründə İsrailin Qolan təpələrini ilhaqını müdafiə etməsini xatırladıb.
Trampın İsrail və HƏMAS arasında son atəşkəsə təsiri və vəzifəyə gəldikdən dərhal sonra Birləşmiş Millətlər Təşkilatının fələstinlilərə humanitar yardım göstərən qurumlarından ABŞ-ın dəstəyini geri çəkməsinə toxunan Netanyahu deyib: “Xanımlar və cənablar, bütün bunlar cəmi iki həftə ərzində baş verdi. Dörd ildən sonra harada olacağımızı təsəvvür edirsiniz? Mən edə bilərəm”. danışdı.
“Cənab prezident, müzakirə etdiyimiz kimi, gələcəyimizi təmin etmək və bölgəmizə sülh gətirmək üçün Qəzzada işi bitirməliyik”, – Netanyahu bildirib.
Şayəstə Hüseynova