İsveç və Finlandiya təcili olaraq Ukrayna ilə bağlı parlament iclaslarını çağırıb.
Elchi.az xəbər verir ki, İsveç və Finlandiya Ukraynadakı hərbi münaqişənin mümkün həllini müzakirə etmək üçün parlament iclaslarını çağırıb. Bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti və İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.
İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard təcili toplantı çağırdığını qeyd edərək, “İsveçdə birləşməli və Ukraynanı dəstəkləməliyik” dedi.
Finlandiyada baş nazir Petteri Orpo Ukraynadakı münaqişə ətrafında yaranmış vəziyyət kontekstində parlamentin iclasını çağırıb.
Şayəstə Hüseynova