image-1564671272_0_144_1512_995_1920x0_80_0_0_93fb3c2e2c4f31ceb8fcd4487e475b13backend

“Müharibə riski o vaxta qədər qalacaq ki…” – Rusiya şərtini açıqladı 

Rusiyanın İngiltərədəki səfiri Andrey Kelin BBC-yə müsahibəsində London və digər Qərb ölkələrini Ukraynanı Minsk razılaşmalarına əməl etməyə məcbur etməyə çağırıb.

Səfir şərtlər yerinə yetirilənədək bölgədə müharibə riskinin qalacağını bildirib.

“Biz çox istərdik ki, Fransa, Almaniya, ABŞ, İngiltərə ultimatum əvəzinə Ukraynanı Minsk razılaşmalarına, xüsusən də onların siyasi hissəsinə tam əməl etməyə təşviq etsinlər”, – diplomat vurğulayıb.

Kelin xatırladıb ki, şərtlər arasında Donbasa xüsusi statusun təminatı, amnistiya və yerli seçkilərin təşkili daxildir.

O, əlavə edib ki, regionda hərbi əməliyyatlar riski Minsk razılaşmaları yerinə yetirilənə qədər qalacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki