Yanvarın 19-da Krımın Yalta bölgəsində iki zəlzələ və altı zəif afterşok qeydə alınıb.
Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Vernadski adına Krım Federal Universitetinin Seysmologiya və Geodinamika İnstitutunun direktor müavini Marina Bondara məlumat verib.
Bondarın sözlərinə görə, ilk təkan Moskva vaxtı ilə saat 4:59-da quruda baş verib, maqnitudası 2,8 olub. Bunun ardınca altı yeraltı təkan baş verib. Sonra saat 12:09-da daha zəif – 2,0 bal gücündə təkan qeydə alınıb. “Biz bu təkanlardan sonra daha güclü zəlzələ üçün proqnoz verə bilmərik, çünki Yalta bölgəsi üçün zəif və müntəzəm seysmiklik normadır”, – Bondar əlavə edib.
Yanvarın 13-də Yaponiyada 6,4 bal gücündə güclü zəlzələnin baş verdiyi bildirilir. Epidemiya suyun altında 30 kilometr dərinlikdə olub. Kyuşu adasında baş verən zəlzələ ilə əlaqədar qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Yeganə