image-dmitriy-peskov-1549301_1backend

Kremlin “Ukraynaya Oreşnik raket” açıqlaması: Hücum əslində Qərbə xəbərdarlıqdır

Kremlin sözçüsü Dmitri Peskov Ukraynadakı hərbi obyektə qarşı yeni “Oreşnik” raketinin atıldığını xatırladıb və hücumun əslində Qərbə xəbərdarlıq olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Prezident Vladimir Putin dünən xalqa müraciətində Ukraynanın Rusiya ərazisinə hücumda ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketlərindən sonra Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə etdiyini və onların “Oreshnik” raketləri ilə cavab verdiyini açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov da Putinin bəyanatından bir gün sonra keçirdiyi mətbuat konfransında Ukraynadakı hərbi obyektə yeni “Oreşnik” raketinin buraxıldığını bildirib.
Peskov əlavə edib ki, Rusiyanın ABŞ-a hücum barədə məlumat vermək öhdəliyi olmasa da, hücumdan 30 dəqiqə əvvəl ABŞ-a məlumat verilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki