Beynəlxalq Robototexnika Federasiyası (IFR) araşdırma dərc edib.
Elchi.az xəbər verir ki, hesabatda qeyd edilənə əsasən, fabriklərdə robotlardan istifadə son 7 ildə iki dəfədən çox artıb, 2023-cü ildə bu göstəricidə Almaniya və Yaponiyanı qabaqlayacaq.
Hesabatda Cənubi Koreyanın sənaye robotlarının ən çox istifadəçisi olduğu (10 000 işçiyə 1012 robot) və 2018-ci ildən bəri hər il 5% artdığı qeyd edilir. Sonrakı yerdə hər 10 000 işçiyə 770 robotla Sinqapur, 10 000 işçiyə 470 robotla Çin gəlir.
IFR-in rəhbəri Takayuki İtonun sözlərinə görə, robotlardan istifadənin sıxlığı qlobal istehsalın avtomatlaşdırılmasının miqyasını göstərir və bu göstərici müxtəlif ölkələrdə istehsalın avtomatlaşdırılması səviyyəsini müqayisə etməyə imkan verən mühüm xarakteristikadır.
“Çinin avtomatlaşdırma texnologiyasına böyük sərmayə qoyması, təxminən 37 milyon nəfərlik böyük istehsal işçi qüvvəsinə baxmayaraq, ona robotların belə yüksək sıxlığına nail olmağa imkan verdi” dedi İto.
IFR reytinqində hər 10 000 işçiyə 439 və 419 robot düşən Almaniya və Yaponiya müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. ABŞ-da hər 10.000 işçiyə 295 robot düşür ki, bu da IFR siyahısında onuncu yerdədir. Orta qlobal robot sıxlığı 2023-cü ildə 162-yə çatacaq ki, bu da yeddi il əvvəl hər 10.000 işçiyə 74 robot düşdüyü vaxtdan iki dəfə çox olacaq.
Yeganə