image-2backend

“Kiyevə uzunmüddətli dəstəyə sadiqlik münaqişənin trayektoriyasını dəyişəcək”-Rutte

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, münaqişənin trayektoriyasını dəyişmək məqsədilə Avropa İttifaqı və Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələri (AFU) üçün maliyyələşdirməni birgə artırmalıdır.

Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.

“Birlikdə biz uzunmüddətli dəstəyə sadiqliyimizi bir daha təsdiqləməliyik. Biz sadəcə Ukraynanın döyüş qabiliyyətini dəstəkləməkdən daha çox şey etməliyik”, – deyə o, Parisdə Fransa prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Rutte vurğulayıb ki, Kiyevə hərbi dəstək “həm Avropanın, həm də Birləşmiş Ştatların və xüsusilə cənubi Koreya və Yaponiyanın maraqlarına cavab verir”.

Reuters mənbələrinin verdiyi məlumata görə, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə əlaqədar qış Ukrayna üçün “kritik an” olacaq. Onlar Kivdəki əhval-ruhiyyəni “olduqca qaranlıq” adlandırırlar. Mənbə əlavə edib ki, Trampın qələbəsindən sonra Ukraynanın NATO-ya dəvət alması “az ehtimala” çevrilib. Kiv həmçinin trampın Ukraynaya hərbi yardımı azalda biləcəyini də qəbul edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki