image-download-2025-04-23t161628-417backend

Kiyev təslim olmaqdan və Krımı Rusiya kimi tanımaqdan imtina edib

Ukrayna danışıqlara hazırdır, amma kapitulyasiyaya yox.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin birinci müavini Yuliya Sviridenko X sosial şəbəkəsində məlumat verib.
“Bu gün Ukrayna nümayəndə heyəti Londonda tərəfdaşlarla görüşəndə biz öz prinsipial mövqeyimizi təsdiq edirik: Ukrayna danışıqlara hazırdır, lakin təslim olmağa yox. Rusiyaya yenidən qruplaşmaq üçün lazım olan daha güclü baza verəcək heç bir razılaşma olmamalıdır”, – o deyib.
Rəsminin sözlərinə görə, atəşkəs üçün zəruri ilk addım quruda, havada və dənizdə tam atəşkəsdir. O əlavə edib ki, əgər Rusiya hərbi əməliyyatlarda məhdud fasilə vermək qərarına gəlsə, Ukrayna eyni şəkildə cavab verəcək.
Bundan əlavə, Sviridenko qeyd edib ki, Ukrayna NATO-ya üzv olmaqdan imtina edərsə , Kiyev “davamlı sülhü təmin edə biləcək” təhlükəsizlik zəmanəti tələb edəcək.
Bundan əvvəl prezident Volodimir Zelenski bəyan etmişdi ki , Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır. Onun sözlərinə görə, belə bir tədbir Ukrayna Konstitusiyası çərçivəsindən kənara çıxır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki