image-samanyolu-galaksi-ap-1730402_1backend

Kainatın qaranlıq tərəfi: Unikal xəritənin ilk parçası ortaya çıxdı

Avropa Kosmik Agentliyinin (ESA) güclü Evklid teleskopu kainatdakı milyonlarla ulduz və qalaktikaları üzə çıxaran möhtəşəm mozaika yaradıb. Bu, rəsədxananın həll etmək üçün nəzərdə tutulmuş nəhəng tapmacanın yalnız ilk hissəsini təmsil edir.
Elchi.az xəbər verir ki, 2023-cü ilin iyulunda işə salınan Evklid missiyası kainatın “qaranlıq tərəfi” ilə bağlı davamlı suallara cavab vermək üçün indiyə qədər hazırlanmış ən böyük və ən dəqiq 3D xəritəni yaratmağı hədəfləyir.
Alimlər martın 25-dən aprelin 8-dək aparılan 260 müşahidədən əldə edilən 208 giqapiksellik xəritənin ilk hissəsini bir araya gətirdilər. Lakin bu, Evklidin gələcək hərtərəfli səma sorğusunun kiçik bir hissəsini təmsil edir.
Evklid teleskopu Yerin cənub yarımkürəsindən görünən gecə səmasının bir hissəsini əhatə edən mozaikaya 100 milyona yaxın ulduz və qalaktika daxil edirdi. Mozaika oktyabrın 15-də İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq Astronavtlar Konqresində nümayiş etdirilib.

ESA

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki