İtaliyanın paytaxtı Romada Tesla dilerində səhər saatlarında baş verən yanğın nəticəsində 17 avtomobil kül olub.
Elchi.az xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərə görə, paytaxtın şərqində, Terranova bölgəsində, Serracapriola küçəsində yerləşən Tesla dilerində saat 04.30 radələrində naməlum səbəbdən yanğın baş verib.
Yanğında xəsarət alan olmayıb, yanğınsöndürənlərin saatlarla müdaxiləsindən sonra söndürülüb. Lakin hadisə zamanı 17 avtomobil yanıb.
Polis hadisə yerində yanğının qəza və ya yanğın nəticəsində baş verməsini araşdırır.
ABŞ da daxil olmaqla bir çox ölkədə, Tesla dilerləri və obyektləri, şirkətin iqlim böhranından vurduğu ziyanı ödəməli olduğu səbəbiylə etiraz dalğası və hücumlarla üzləşir.
İtaliyada bəzi fəallar bu yaxınlarda Milanda Tesla dilerinin qarşısında etiraz aksiyası keçiriblər.
Yeganə