İsrail Ordusunun sözçüsü Daniel Hagari, İranın həyata keçirdiyi raket hücumunun İsrail Hərbi Hava Qüvvələrinə heç bir ziyan vurmadığını müdafiə edərək, bu gecə Yaxın Şərqə “güclü hücum” edəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Həcəri İsrailli jurnalistlərə İranın raket hücumları ilə bağlı qiymətləndirmələr edib.
Həcəri İranın həyata keçirdiyi raket hücumlarının İsrail Hərbi Hava Qüvvələrinə heç bir ziyan vurmadığını müdafiə edib.
İsrail Hərbi Hava Qüvvələrinin “tam gücü ilə” fəaliyyət göstərdiyini bildirən Həcəri, “İsrail Hərbi Hava Qüvvələri tam gücü ilə fəaliyyətini davam etdirir və keçən il olduğu kimi bu gecə də Yaxın Şərqə güclü hücumlara davam edəcək ” – deyib.
Həcəri onların Yaxın Şərqdəki hücumlarının hədəfinin İran olub-olmayacağından bəhs etməyib.
Nuranə Məmmədova