Türkiyə İndoneziya Silahlı Qüvvələrinin ehtiyacları üçün istehsal edilən 18 ədəd Kaplan MT orta tankının ilk partiyasının tədarükünə başlayıb.
Dünən İndoneziyaya hərbi texnikanın təhvil verilməsi mərasimi baş tutub. Alp.az xəbər verir ki, Türkiyənin müdafiə istehsalçısı FNSS 10 tankın montajını başa çatdırıb. Qalan 8 tank isə texnologiyanın İndoneziyaya transferi və istehsal dəstəyi ilə İndoneziyanın PT Pindad müdafiə şirkətinin bazasında yığılacaq.
Layihənin müddəti 2023-cü ilə qədərdir.
“Türkiyə Asiya bazarında təkcə kommersiya deyil, həm də etibarlı müdafiə tərəfdaşı olmaq istəyir. İndoneziya ilə yaratdığımız modelin region ölkələri üçün nümunə olacağını gözləyirik”, – deyə Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.