Hindistan Xarici İşlər Nazirliyi Avropa ölkələrinin Hindistan istehsalı olan artilleriya mərmilərinin Ukraynaya ötürülməsinə mane ola bilmədiklərinə dair iddiaları “spekulyativ” adlandırıb.
Elchi.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval sosial media platformasında açıqlama verib.
Bəyanatda Rusiyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq sursat təhvilinin bir ildən çox davam etdiyi və Hindistan hökumətinin bunu dayandırmaq üçün heç bir iş görmədiyi xəbəri təkzib edilərək, xəbərin “spekulyativ” və “yanıltıcı” olduğu ifadə edilib.
Bəyanatda xəbərlərdə yer alan iddiaların “mövcud olmadığı və buna görə də yalan və zərərli” olduğu vurğulanıb və Hindistanın silahların yayılmasının qarşısının alınmasında “beynəlxalq öhdəliklərə əməl etməkdə qüsursuz bir təcrübəyə” malik olduğu vurğulanıb.
May ayında Hindistan hərbi sursat ixrac qaydalarının daha da sərtləşdirildiyini və alıcılardan üçüncü ölkələrə silah göndərməmələrini tələb etdiyini açıqlayıb.
Şayəstə Hüseynova