Latviya hakimiyyəti tərəfindən müsadirə edilən “Moskva evi” dörd uğursuz cəhddən sonra yenidən hərraca çıxarılacaq.
Elchi.az xəbər verir ki, bu barədə LSM dövlət televiziya və radio portalı məlumat yayıb.
Məlumatda bildirir ki, “Moskva evi”nə məxsus 966 kvadratmetr torpaq sahəsi və oradakı bina Riqada baş tutacaq hərracda satılacaq. Martın 18-də başlayacaq və aprelin 17-dək davam edəcək hərracda lotun başlanğıc qiyməti 2,14 milyon avro təşkil edəcək.
Bundan əvvəl “Moskva evi” artıq dörd dəfə hərraca çıxarılıb. Tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan əmlaka ilkin hərracda 3,57 milyon avro qiymət qoyulub. Lakin Latviyanın Dövlət Əmlak Agentliyi ona tələbatın aşağı olduğunu və lotun ilkin qiymətinin bazar iştirakçılarını cəlb etmədiyini bildirib.
Məlumatda deyilir ki, 2024-cü il yanvarın 11-də Latviya Seymi (parlamenti) Riqadakı “Moskva evi”nin dövlət mülkiyyətinə keçməsini və satılaraq əldə olunan gəlirin Ukraynaya köçürülməsini təsdiqləyib.
Xavər