image-mudafie-senaysibackend

Hərbi strukturlar müdafiə sənayesi müəssisələrini və konstruktor bürolarını stimmullaşdırmalıdır – ŞƏRH

“Azərbaycanda strateji məhsulların xammal mərhələsində istehsalı stimullaşdırılmalıdır”.

Bunu Alp.az-a Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

O bildirib ki, bu istiqamətdə əsas addım əlvan metalurgiyanın istehsalı və rəqəmsal texnologiya sahəsinin inkişafıdır.

R. Məmmədlinin sözlərinə görə, hər iki istiqamətdə, əsasən də rəqəmsal texnologiyaların yaradılmasında zəruri olan nəzəri biliklərin dəstəklənməsidir:

“Azərbaycanlı mütəxəssislərin bu sahənin həm nəzəri, həm də təcrübi bilikləri mövcuddur. Qalır dövlət strukturlarının bunu dəstəkləməsi.
Hesab edirəm ki, bu cür imkanlarımız olduğu halda xarici ölkələrdən satınalmaya ehtiyac yoxdur. Azərbaycan hərbi strukturları qeyd etdiyim və deməyə hələ lüzum görmədiyim istiqamətlərdə sənaye müəssisələrini və konstruktor bürolarını stimmullaşdırmalıdır. Bu stimullaşdırma, məhsulların sifariş edilməsi və maddi resurslarla dəstəklənməsidir. Yəni təlabat və yenilik yalnız daxili imkanlar hesabına həyata keçirilməlidir. Bu cür strateji məsələlərdə unutmaq lazım deyil ki, dünya dəyişir və biz də bu dəyişikliyin qurbanı olmayaq”.

O qeyd edib ki, bütün məhsullar ilk növbədə ölkədaxilində istehsal olunmalıdır. Qarşıdan gələn 20 il ərzində bu istiqamətdə köklü dəyişikliklərə nail olmaq mümkündür.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki