NYP: Harris ABŞ-dakı bir zavodda az qala iti silikon parçasına toxunub.
Elchi.az xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Miçiqandakı Hemlock Semiconductors zavodunda az qala iti silikon parçasına toxundu. Bu barədə New York Post məlumat yayıb.
Qəzet yazır: “Vitse-prezident Kamala Harrisə Miçiqandakı yarımkeçirici zavodunu gəzərkən əllərini özündə saxlaması tapşırılıb”.
Hadisə Harrisin çox kəskin silikon kristalına toxunmaq istədiyi zaman baş verib – zavod işçisi ABŞ-ın vitse-prezidentini onun bu yolla ağır yaralana biləcəyini deyərək dayandırmalı olub.
Respublikaçılar Partiyasından ABŞ-da seçkilərə namizəd olan Donald Trampın qərargahında Harrisin məsxərəyə qoyulduğu bu iş diqqətdən yayınmayıb.
Bundan əvvəl Donald Tramp siyasət haqqında eyni şəkildə danışan Kamala Harrisi faşist adlandırmışdı.
Şayəstə Hüseynova