Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində Gürcüstan və Türkiyə yığmaları arasında qarşıdakı görüş azarkeşsiz keçirilə bilər. Buna səbəb 23 martda Tiflisdə Gürcüstan və Ermənistan (6:1) yığmaları arasında keçirilən oyundan sonra baş verən insidentdir.
Elchi.az xəbər verir ki, bu barədə gürcü fan hərəkatı “Komagebi” açıqlama verib.
“Matçdan sonrakı insidentlə bağlı təəssüf hissi keçiririk, bunun heç bir əsaslı səbəbi yoxdur. Bu hadisə təkcə bu bayramı korladı”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Tiflisdəki “Dinamo Arena” stadionunda Ermənistan və Gürcüstan yığmaları arasındakı matçdan sonra iğtişaşlar baş verib. Final fitindən sonra azarkeşlər bir-birinə qarşı nalayiq jestlər nümayiş etdiriblər. Daha sonra sözlü qarşıdurma başlayıb və erməni tribunası istiqamətindən müxtəlif əşyalar atılıb.