Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü təhlükəsizlik və iqtisadi baxımdan strateji zərurətdir.
Elchi.az xəbər verir ki, bu barədə “EU Reporter” saytının dərc etdiyi hesabatda qeyd olunub.
Nəşrə danışan Aİ rəsmiləri bildiriblər ki, rəsmi Ankaranın üzvlük prosesi sürətləndirilməlidir. Buna əsas kimi Türkiyənin NATO-dakı açar rolu, regional təsiri və iqtisadi əhəmiyyəti göstərilib. Qeyd olunub ki, Türkiyə NATO üzvü olaraq Avropanın təhlükəsizliyi üçün vacib tərəfdaşdır.
Hesabatda Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçilik roluna xüsusilə diqqət çəkilib: “Türkiyənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ilə Brüssel güclü orduya və hərtərəfli kəşfiyyat qabiliyyətinə malik tərəfdaş qazanacaq”.
Həmçinin vurğulanıb ki, Türkiyənin mümkün üzvlüyü Avropa üçün fürsətdir.