image-vucic-1backend

Vuçiç Serbiyanın Xorvatiyadakı səfirini istefaya göndərib

Bildirilib ki, Serbiyanın Zaqrebdəki səfiri Yelena Miliç Serbiya prezidenti Aleksandr Vuçiçin qərarı ilə vəzifəsindən azad edilib.
Elchi.azl xəbər verir ki, Serbiya lideri Vuçiçin yeni səfirlərin təyinatı ilə bağlı qərarı bu gün Rəsmi Qəzetdə dərc olunub.
Açıqlamada Serbiyanın Zaqrebdəki səfiri Miliçin də vəzifəsindən azad edildiyi və qərarın bu gündən qüvvədə olduğu, səfir Miliçin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı heç bir məlumat paylaşılmadığı bildirilib.
Bu yaxınlarda Xorvatiyanın Albaniya və Kosovo ilə müdafiə sahəsində əməkdaşlıq bəyannaməsi imzalamasından sonra Serbiya-Xorvatiya münasibətləri gərginləşib.
İmzalanan bəyannamənin bölgədə silahlanma yarışını başlatdığını iddia edən Vuçiç “Mesajı aldıq. Ölkəmizi müdafiə etmək üçün əlimizdən gələni edəcəyik” dedi. ifadələrdən istifadə etdi.
Xorvatiya isə istədiyi ölkə ilə əməkdaşlıq edə biləcəyi mesajını vermişdi.
Region ölkələrini üz-üzə gətirən əməkdaşlıq bəyannaməsi martın 18-də Albaniyanın paytaxtı Tiranada müdafiə naziri Pirro Venqu, Kosovo müdafiə naziri Ejup Maqedonci və Xorvatiyanın müdafiə naziri Anusiçin iştirakı ilə imzalanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki