“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula 1” üzrə sinfi üzrə Çin Qran-prisində qalib gəlib.
Elchi.az -ın məlumatına görə, yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yeri tutub. İlk “üçlüy”ü “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (“Aston Martin”) yarışı erkən bitirib.
Piastri “Formula 1″də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən “Qran-pri” mərhələlərində qalib gəlmişdi.
Qran-prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.