image-hotel-ukraine-kiev-ukrainebackend

Çin Ukrayna ilə bağlı bu iddianı təkzib etdi

Çin Xarici İşlər Nazirliyi Pekinin Ukraynada sülhməramlı missiyada iştirakı nəzərdən keçirməsi barədə Qərb mediasında yayılan məlumatları təkzib edib.

Elchi.az xəbər verir ki, bu barədə “Qlobal Tayms” Çin XİN sözçüsünə istinadən məlumat yayıb.

Nazirlik rəsmisi yayılan məlumatların “tamamilə yalan” adlandırıb.

“Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və bu məsələdə ölkənin siyasəti ardıcıl və birmənalıdır”, – o bildirib.

Qeyd edək ki, Qərb mediası Çinin Ukraynadakı sülhməramlı missiyaya qoşulmaq ehtimalını nəzərdən keçirdiyi haqda iddia yaymışdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki