Cənubi Koreyanın cənub-şərqində başlayan meşə yanğınları təxminən 15 min hektar ərazini yandırıb.
Elchi.az Yonhap-a istinadən xəbər verir ki, Ulsan şəhəri və ətraf əraziləri təsir edən meşə yanğınlarına müdaxilələr davam edir.
Son vəziyyətlə bağlı açıqlama verən daxili işlər naziri vəzifəsini icra edən Ko Ki-donq martın 21-dən bəri davam edən yanğınların 15 min hektar meşə sahəsini külə çevirdiyini açıqlayıb.
Ko, 110 helikopter və 6700 nəfərdən ibarət komandaların mübarizə apardığı yanğınlardan 3300-dən çox insanın təxliyə edildiyini bildirib.
Ko yanğının yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün işlərin davam etdiyini, lakin quru hava və güclü külək səbəbindən işlərə mane olduğunu qeyd edib.
Ko, bu il ölkə üzrə ümumilikdə 234 meşə yanğınının baş verdiyini və bunların əksəriyyətinin səhlənkarlıq səbəbindən baş verdiyini bildirib.
Digər tərəfdən, Cənubi Koreya Müdafiə Nazirliyi yanğınlarla mübarizəyə kömək etmək üçün təxminən 5000 personal və 146 helikopter ayırdıqlarını açıqlayıb.
– Cənubi Koreyada meşə yanğınları Cənubi Koreya hökuməti cənub-şərq bölgələrində, o cümlədən Ulsan şəhəri və Şimali Gyeongsang və Cənubi Gyeongsang əyalətlərində baş verən meşə yanğınları səbəbindən milli fəlakət elan etdi.
Martın 21-də Sancheongda başlayan və Ulsan şəhəri də daxil olmaqla ətraf ərazilərə yayılan yanğınlarda 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb, təxminən 1500 nəfər təxliyə edilib.
Ölkə üzrə 16 müxtəlif yerdə meşə yanğınları qeydə alınıb.
Şayəstə Hüseynova