image-israil-gazze-saldiriaa-2343012_1backend

Qəzzada ölənlərin sayı açıqlandı

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 62 nəfər artaraq 50 min 144 nəfərə çatıb.
Elchi.az  xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Qeyd olunub ki, son 24 saat ərzində 62 ölü, 296 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da razılaşdığı atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 792 fələstinlinin həyatını itirdiyi, 1663 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 50 min 144 nəfərə, yaralı sayının isə 113 min 704 nəfərə yüksəldiyi qeyd edilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki