UEFA Millətlər Liqasının yarımfinalı Almaniyada keçiriləcək.
Elchi.az xəbər verir ki, bu, bundestimin 1/4 finalın cavab oyununda İtaliya ilə heç-heçə edərək (3:3) iki görüşün ümumi nəticəsinə görə (5:4) yarımfinala yüksəlməsindən sonra məlum olub.
Görüşlər Münhen və Ştutqart şəhərlərində keçiriləcək.
Millətlər Liqasının yarımfinal oyunları iyunun 4 və 5-də baş tutacaq. 3-cü yerin sahibini və turnirin qalibini müəyyən edəcək həlledici qarşılaşmalar isə iyunun 8-ə təyin olunub.
Qeyd edək ki, yarımfinalda Almaniya – Portuqaliya, İspaniya – Fransa görüşləri baş tutacaq.